İranın liman idarəsi Hörmüz boğazından keçən gəmilər üçün marşrutları yeniləyib

2026/04/1775316466.jpg
Oxunub: 394     09:53     09 Aprel 2026    
İranın liman və dəniz idarəsi Hörmüz boğazından gəmilərin təhlükəsiz keçid marşrutlarını göstərən xəritə yayımlayıb.

Ordu.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat verib.

Sənədə əsasən, Fars körfəzinə gedən gəmilər Larak adasının şimalından keçməlidirlər.

Geri qayıdan gəmilər isə adanın cənubundan keçməli, daha sonra İran sahilləri boyunca hərəkət etməlidirlər.

Bildirilir ki, bu tədbir “dəniz təhlükəsizliyi qaydalarına riayət olunması məqsədilə” görülüb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Hörmüz  


Bizi "telegram"da izləyin