Meloni İsraili Livana hücumları dayandırmağa çağırıb

2024/07/1721118875.jpg
Oxunub: 403     09:53     09 Aprel 2026    
İtaliyanın baş naziri Corcia Meloni hesab edir ki, əvvəlki axşam İran, ABŞ və İsrail arasında əldə olunan atəşkəs razılaşması Livandakı müharibəni dayandırmaq üçün imkan yaradır.

Ordu.az xəbər verir ki, bu barədə İtaliya baş nazirinin mətbuat xidməti məlumat yayıb.

“Şiə hərəkatı olan “Hizbullah”ın ölkəni bu münaqişəyə cəlb etmək qərarı məsuliyyətsiz idi, lakin artıq həddindən artıq çox qurbana və qəbuledilməz sayda köçkünə səbəb olmuş İsrailin Livandakı davamlı hücumları dərhal dayandırılmalıdır”, - deyə açıqlamada bildirilib.

Bundan başqa, Meloni İsrail ordusunun Livanda BMT-nin müvəqqəti qüvvələri tərkibində xidmət edən italyalı hərbçiləri hədəfə almasını pisləyib.

“İtalyalı hərbçilər Livanda BMT Təhlükəsizlik Şurasının mandatı ilə yerləşdirilib və sülhün qorunması naminə fəaliyyət göstərirlər. Buna görə də BMT bayrağı altında xidmət edən kontingentin bugünkü kimi məsuliyyətsiz hərəkətlər nəticəsində təhlükə altına düşməsi tamamilə yolverilməzdir və bu, BMT-nin 1701 saylı qətnaməsinin açıq pozulmasıdır”, - deyə bəyanatda vurğulanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Meloni   İsrail  


Bizi "telegram"da izləyin