Ağ Ev Trampın əxlaqı ilə bağlı sualı təhqiramiz sayıb

2026/03/1773768071.jpg
Oxunub: 399     09:52     09 Aprel 2026    
Ağ Evin nümayəndəsi Kerolin Levitt İran sivilizasiyasını məhv etməklə bağlı təhdidlərdən sonra ABŞ prezidenti Donald Trampın əxlaqı haqqında verilən sualı təhqiramiz adlandırıb.

Ordu.az xəbər verir ki, bu barədə Levitt mətbuat konfransında danışıb.

Mətbuat konfransı zamanı Levittdən soruşublar ki, prezident əgər eyni zamanda bütöv bir sivilizasiyanı məhv etmək niyyətini bəyan edirsə, ABŞ-nin mənəvi üstünlüyündən necə danışa bilər.

“Prezidentin İran hökuməti üzərində mütləq mənəvi üstünlüyü var və əksini düşünmək belə sadəcə təhqiramizdir”, - deyə o cavab verib.

Cavabdan sonra jurnalist növbəti sualı verməyə çalışsa da, ona “tam hörmətlə” ifadəsindən artıq danışmağa imkan verilməyib və söz növbəti media qurumunun nümayəndəsinə verilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ağ-Ev   ABŞ  


Bizi "telegram"da izləyin