İsrail polisi aprelin 9-dan Qüdsün müqəddəs məkanlarına ziyarət qadağasının ləğv olunduğunu açıqlayıb

2026/03/1774414400.jpg
Oxunub: 389     09:50     09 Aprel 2026    
Raket atəşi təhlükəsi səbəbilə Qüdsün Köhnə şəhərindəki müqəddəs məkanlara ziyarətə tətbiq edilən qadağa aprelin 9-dan ləğv olunacaq.

Ordu.az xəbər verir ki, bu barədə İsrail polisinin mətbuat xidməti məlumat yayıb.

“Daxili Cəbhə Komandanlığının təlimatlarındakı dəyişikliklər fonunda sabah - 2026-cı il aprelin 9-u, cümə axşamı səhərdən etibarən Qüds şəhərinin müqəddəs məkanları ziyarət və ibadət üçün açıq olacaq”, - deyə açıqlamada bildirilib.

Qüdsün əsas müqəddəs məkanlarından biri Müqəddəs Qəbir kilsəsidir.

Aprelin 11-də, Müqəddəs həftə çərçivəsində burada Müqəddəs odun zühuru gözlənilir.

Bundan əvvəl sərt hərbi məhdudiyyətlər fonunda İsrail hakimiyyəti və kilsə rəhbərləri bu il mərasimin zəvvarlar və mətbuatın iştirakı olmadan minimal və məhdud formatda keçiriləcəyini açıqlamışdılar.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Qüds  


Bizi "telegram"da izləyin