“Atəşkəs İranın münaqişələri diplomatik yolla həll etməyə hazır olduğunu göstərir” - Pezeşkian

2026/03/1773036363.jpg
Oxunub: 378     09:50     09 Aprel 2026    
“Əldə olunmuş atəşkəs İranın münaqişələri diplomatik yolla həll etməyə hazır olduğunu göstərir”.

Ordu.az xəbər verir ki, bunu İran İslam Respublikasının prezidenti Məsud Pezeşkian Fransa prezidenti Emmanuel Makronla telefon danışığı zamanı bildirib.

“İranın atəşkəsi qəbul etməsi məsuliyyətin və İranın münaqişələri diplomatik yolla həll etməyə ciddi hazır olmasının aydın göstəricisidir”, - deyə Pezeşkian qeyd edib.

Pezeşkian həmçinin Aİ-ni ABŞ və İsrailin hərəkətlərini, eləcə də İrana qarşı hücumu pisləyən “aydın və qəti mövqenin olmamasına” görə tənqid edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pezeşkian   İran  


Bizi "telegram"da izləyin