ABŞ Hörmüz boğazının Livandakı hadisələrə görə bağlanması barədə xəbərləri yalan adlandırıb

2026/04/1775713896.jpg
Oxunub: 353     09:49     09 Aprel 2026    
İran mediasının Tehranın Livanda İsrailin hərəkətlərinə görə Hörmüz boğazını yenidən bağlayacağına dair məlumatları qəbuledilməzdir.

Ordu.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Levitt brifinq zamanı bildirib.

Onun sözlərinə görə, İran tərəfi qapalı danışıqlarda tamamilə başqa mövqe sərgiləyir.

“Bu, tamamilə qəbuledilməzdir. Və yenə də bu, onların açıq bəyanatlarının şəxsi açıqlamalarından fərqləndiyi haldır”, - deyə Levitt qeyd edib.

Levittin sözlərinə görə, “biz bu gün boğazda hərəkətin artdığını gördük”.

“Prezident gözləyir və tələb edir ki, Hörmüz boğazı dərhal, sürətli və təhlükəsiz şəkildə yenidən açılsın. Bu, onun gözləntisidir və ona qapalı kanallarla məhz bunun baş verdiyi bildirilib. Bu ictimai məlumatlar isə yalandır”, - deyə o vurğulayıb.

Bundan başqa, Levitt bildirib ki, Livan ABŞ və İran arasında bir gün əvvəl razılaşdırılmış müvəqqəti atəşkəsə daxil deyil.

Daha əvvəl “Fars” agentliyi İranın Livanda İsrailin hərəkətlərinə cavab olaraq Hörmüz boğazından gəmilərin keçidini dayandırdığını xəbər vermişdi.

“İsrailin Livana hücumları ilə eyni vaxtda neft tankerlərinin Hörmüz boğazından keçidi dayandırılıb”, - deyə agentlik bildirmişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Hörmüz  


Bizi "telegram"da izləyin