Ağ Ev İrandan zənginləşdirilmiş uranı diplomatik yolla almağa hazır olduğunu açıqlayıb

2026/04/1775713830.jpg
Oxunub: 385     09:47     09 Aprel 2026    
ABŞ İrandan zənginləşdirilmiş uranı diplomatik səylər vasitəsilə almağa ümid edir.

Ordu.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt aprelin 8-də bildirib.

O qeyd edib ki, ABŞ prezidenti Donald Tramp niyyətindən geri çəkilmək fikrində deyil və uranın alınmasını İslam Respublikası ilə münasibətlərdə “qırmızı xətt” hesab edir.

“Bu, prezident və onun danışıqlar komandası üçün müzakirələrin növbəti mərhələsində prioritet məsələdir. Və girişdə də dediyim kimi, bu, prezidentin geri çəkilməyəcəyi qırmızı xətdir və o, bunun baş verməsini təmin etməyə sadiqdir. Ümid edirik ki, bu, diplomatik yolla baş verəcək”, - deyə Levitt brifinqdə bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ağ-Ev   ABŞ   İran  


Bizi "telegram"da izləyin