Ağ Ev: ABŞ və İran Hörmüz boğazından keçid rüsumlarını müzakirə edəcək

2026/04/1775635775.jpg
Oxunub: 427     09:44     09 Aprel 2026    
ABŞ İranın Hörmüz boğazından keçən gəmilərdən rüsum toplamasına qarşıdır, lakin Vaşinqton və Tehranın bunu birgə etməsi ehtimalı yaxın iki həftə ərzində müzakirə olunacaq.

Ordu.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt mətbuat konfransında bildirib.

“Prezident bu ideyanı irəli sürüb və bu, yaxın iki həftə ərzində daha ətraflı müzakirə ediləcək”, - deyə o, Vaşinqton administrasiyası rəhbərinin Hörmüz boğazından keçən bütün gəmilər üçün ABŞ-İran birgə müəssisəsi yaratmaq təklifinə aydınlıq gətirərkən bildirib.

“Ancaq prezidentin prioriteti boğazın ödənişli və ya başqa cür hər hansı məhdudiyyət olmadan açılmasıdır”, - deyə Levitt əlavə edib.

İranın bu cür ödənişi təkbaşına tətbiq etməsinə ABŞ-nin necə yanaşdığı barədə suala cavabında Levitt bildirib ki, “prezident dünən axşam sosial şəbəkədəki paylaşımında çox aydın dedi ki, atəşkəsin şərti Hörmüz boğazının azad və dərhal açılmasıdır”.

“Rüsumlar da daxil olmaqla heç bir məhdudiyyət olmadan”, - deyə o vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin