BMT ABŞ-İran atəşkəsindən sonra İsrailin Livana endirdiyi zərbələrin araşdırılmasına çağırıb

2026/04/1775713765.jpg
Oxunub: 384     09:45     09 Aprel 2026    
BMT-nin insan haqları üzrə ali komissarı Folker Türk ABŞ-İran atəşkəsi elan olunduqdan dərhal sonra İsrailin Livana endirdiyi kütləvi zərbələrə görə məsul şəxslərin araşdırılmasına və cinayət məsuliyyətinə cəlb olunmasına çağırıb.

Ordu.az xəbər verir ki, bu barədə onun rəhbərlik etdiyi qurumun mətbuat xidməti məlumat yayıb.

Türk bildirib ki, Livanda bu gün şahidi olduqları qətllərin və dağıntıların miqyası sadəcə dəhşətlidir.

Qeyd olunub ki, İsrail 10 dəqiqə ərzində Ərəb Respublikası ərazisinə təxminən 100 zərbə endirib.

“İranla atəşkəs razılaşmasından cəmi bir neçə saat sonra baş verən bu cür qırğın mülki şəxslərin çox ehtiyac duyduğu kövrək sülhə böyük təzyiq göstərir”, - deyə Türkün sözlərini qurumun mətbuat xidməti sitat gətirib.

Ali komissar “bütün iddia olunan pozuntular üzrə sürətli və müstəqil araşdırmanın” və təqsirkarların məsuliyyətə cəlb edilməsinin vacibliyini vurğulayıb.

“Belə hərəkətlərin miqyası, habelə İsrail rəsmilərinin Cənubi Livanın bəzi hissələrini işğal etmək və hətta ilhaq etmək niyyətini göstərən bəyanatları dərin narahatlıq doğurur”, - deyə Türk əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   ABŞ   İran  


Bizi "telegram"da izləyin