Ordu.az xəbər verir ki, bu barədə o, “X” hesabında yazıb.
Onun sözlərinə görə, zərbə Belçika səfirliyindən cəmi bir neçə yüz metr məsafədə endirilib və o, nümayəndə heyəti ilə birlikdə həmin vaxt orada olub.
“Mən Livan prezidentinin İsraillə atəşkəs danışıqlarına başlamaq təklifini yenicə alqışlamağa çatmışdım ki, heç bir xəbərdarlıq olmadan İsrail münaqişənin başlanğıcından bəri ən güclü zərbələrdən birini endirdi. Məlumata görə, yüzlərlə dinc sakin yaralanıb. Mən və nümayəndə heyətim səfirlikdə idik - raket zərbələrinin yerindən cəmi bir neçə yüz metr məsafədə”, - deyə Prevo bildirib.
O, İsrailin hərəkətlərinə şərh verməyib.
Prevo bu gün Livana, öz sözləri ilə desək, “sülh prosesini dəstəkləmək üçün” gəlib.
Sevinc Əliyeva
Ordu.az