Ordu.az xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens bildirib.
“Prezident [ABŞ prezidenti Donald Tramp] həmçinin dedi ki, biz İranın [uranı] nüvə silahı üçün uyğun səviyyədə zənginləşdirməsini istəmirik. Və biz istəyirik ki, İran öz nüvə yanacağını təhvil versin. Bunlar danışıqlardakı tələblərimiz olacaq. Amma yenə də görəcəyik ki, iranlılar nədən imtina etməyə hazırdırlar. Əgər onlar Amerika xalqının təhlükəsizliyi naminə apardığımız danışıqlarda bizə əldə etməyə çalışdığımız şeyi vermək üçün səmimi səy göstərsələr, o zaman qarşı tərəf üçün [Tehran üçün] çox şey var”, - deyə Vens bildirib.
Bununla belə, o, ABŞ-nin İranın hətta mülki məqsədlərlə belə uranın zənginləşdirilməsindən tam imtina etməsi tələbindən geri çəkilib-çəkilməyəcəyini dəqiqləşdirməyib.
Sevinc Əliyeva
Ordu.az