Ordu.az xəbər verir ki, bu barədə Levitt mətbuat konfransında danışıb.
“Bu, prezidentin [ABŞ prezidenti Donald Trampın] və onun danışıqlar komandasının prioritetləri siyahısında birinci yerdədir, biz dialoqun növbəti mərhələsinə başlayırıq. Və əvvəl də dediyim kimi, bu, prezidentin geri çəkilməyəcəyi qırmızı xətdir və o, bunun baş verməsini təmin etməkdə qətiyyətlidir. Ümid edirik ki, buna diplomatiya yolu ilə nail olacaq”, - deyə Levitt bildirib.
Ağ Evin mətbuat katibindən İran nümayəndələrinin Tehranın nüvə yanacağını təhvil verməyə hazır olması ilə bağlı siqnallar göndərib-göndərmədiyini dəqiqləşdirmək xahiş olunub.
“Bəli, onlar göndəriblər”, - deyə o cavab verib.
Sevinc Əliyeva
Ordu.az