Ordu.az xəbər verir ki, son saatlarda İranın “Mehr” agentliyinin məlumatına görə, ölkənin mərkəzində yerləşən İsfahan şəhərində güclü partlayışlar baş verib.
Həmçinin Kerman, Pərənd və digər şəhərlərdə İranın hava hücumundan müdafiə sistemlərinin işə salındığı bildirilib.
Livan üçün də gün son dərəcə ağır keçib.
İsrail bu cəbhədə atəşkəsə razılaşmaqdan imtina edib, ölkənin cənub rayonlarının, xüsusilə də paytaxt Beyrutun misli görünməmiş güclü bombardmanı nəticəsində yalnız son bir neçə saatda 254 dinc sakin həlak olub, yaralıların sayı isə 1000-i keçib.
Tehran artıq bəyan edib ki, bu, bir neçə saat əvvəl təsdiqlənmiş atəşkəsin şərtlərinin kobud şəkildə pozulmasıdır və aprelin 10-da İslamabadda keçirilməsi planlaşdırılan danışıqları başlamamış pozmağa qadirdir.
Sevinc Əliyeva
Ordu.az