“Hizbullah” İsrailin atəşkəsi pozmasına cavab olaraq raket zərbələri endirib

2026/03/1774694412.jpg
Oxunub: 565     06:28     09 Aprel 2026    
“Hizbullah” İsrailin atəşkəsi pozmasına cavab olaraq raket zərbələri endirib.

Ordu.az xəbər verir ki, bu barədə qruplaşmanın bəyanatında deyilir.

Məlumata görə, təşkilat bu gün səhər tezdən İsrailin şimalındakı Manara yaşayış məntəqəsinə raket hücumları təşkil edib.

Bəyanatda qeyd olunub ki, bu addım İsrail tərəfindən atəşkəsin pozulmasına cavabdır.

“Bu cavab zərbəsi ölkəmizə və xalqımıza qarşı İsrail-ABŞ təcavüzü bitənə qədər davam edəcək”, - deyə qruplaşma bildirib.

İsrail mediası Livandan atılan bir raketin ələ keçirildiyini yazıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hizbullah   İsrail  


Bizi "telegram"da izləyin