Ordu.az xəbər verir ki, bu barədə baş nazir Nəvaf Salamın yaydığı sərəncamda bildirilib.
“Baş nazir Salam 2026-cı il aprelin 9-u, cümə axşamını yüzlərlə günahsız və silahsız mülki şəxsə qarşı yönəlmiş İsrail hücumlarının qurbanı olmuş həmvətənlərinin xatirəsinə milli matəm günü elan edib”, - deyə sərəncamda qeyd olunub.
Salam hökumət idarələrinin, ictimai təşkilatların və bələdiyyələrin bağlanmasını tapşırıb.
Milli bayraqlar hər yerdə yarıyadək endiriləcək.
Hakimiyyət orqanlarının radio və televiziya proqramlarına da düzəlişlər edəcəyi bildirilib.
Baş nazir Livan xalqına və övladlarını itirmiş bütün ailələrə dərin hüznlə başsağlığı verib, yaralananlara tezliklə sağalma arzulayıb.
O bildirib ki, “İsrailin qatil maşınını dayandırmaq üçün” ərəb liderləri və beynəlxalq tərəfdaşlarla əməkdaşlığı davam etdirir.
Sevinc Əliyeva
Ordu.az