Ordu.az xəbər verir ki, bu barədə Heqset brifinq zamanı danışıb.
Onun sözlərinə görə, Xameneyi “yaralanıb və eybəcərləşib”, İran sənayesi isə faktiki olaraq məhv edilib.
ABŞ müdafiə naziri əlavə edib ki, atəşkəsə baxmayaraq, ABŞ Silahlı Qüvvələri tam döyüş qabiliyyətini saxlayır.
Bununla yanaşı, aprelin 4-də Xameneyinin müalicə üçün guya Rusiyaya getməsi ilə bağlı məlumatın yalan olduğu bildirilmişdi.
Dəqiqləşdirilmişdi ki, aldığı xəsarətlər onun fəaliyyətinə mane olmur.
Bundan əvvəl, aprelin 3-də İranın diplomatik mənbəsi Xameneyinin həqiqətən yaralandığını, lakin sağ olduğunu təsdiqləmişdi.
Sevinc Əliyeva
Ordu.az