Ordu.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, bu məhdudiyyətlər fevralın 28-dən, İranla qarşıdurmanın başladığı vaxtdan qüvvədə idi.
Bildirilib ki, vəziyyətin qiymətləndirilməsindən sonra aprelin 9-u səhərdən etibarən ölkənin böyük hissəsində bütün tədbirlərə, o cümlədən təhsil tədbirlərinə icazə veriləcək.
Bununla belə, bəzi ərazilərdə ictimai toplantılar üzrə məhdudiyyətlər qüvvədə qalacaq və maksimum 1000 iştirakçıya icazə veriləcək.
Məhdudiyyətlərin yumşaldılması İsrailin Livanla həmsərhəd olan şimal hissəsinə şamil edilməyəcək.
SAXAL-ın məlumatına görə, həmin bölgədə davam edən artilleriya atəşləri səbəbindən sərt məhdudiyyətlər saxlanılır.
Sevinc Əliyeva
Ordu.az