İran XİN İsrailin Livana hücumunu ABŞ ilə əldə olunmuş sazişin pozulması adlandırıb

2025/07/1753692734.jpg
Oxunub: 459     00:01     09 Aprel 2026    
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Esmayıl Bəqayi bəyan edib ki, İsrailin Livana hücumu, nəticədə təxminən 100 nəfərin həlak olması İran ilə ABŞ arasında bağlanmış atəşkəs sazişinin pozulmasıdır.

Ordu.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi öz “Telegram” kanalında məlumat yayıb.

“Livan da İran və ABŞ arasında bağlanmış atəşkəs rejiminə daxildir. Livana qarşı bugünkü [İsrail] cinayətləri həmin razılaşmanın açıq şəkildə pozulmasıdır”, - deyə nazirlik bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   XİN  


Bizi "telegram"da izləyin