Ordu.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt mətbuat konfransında bildirib.
“Mən elan edə bilərəm ki, Prezident [Donald Tramp] bu həftəsonu danışıqlar aparmaq üçün öz danışıq komandasını - vitse-prezident Ceyms Devid Vens, xüsusi nümayəndə Uitkof və cənab Kuşnerin rəhbərliyi altında İslamabada göndərir”, - deyə o bildirib.
“Bu danışıqların ilk mərhələsi şənbə günü səhər yerli vaxtla baş tutacaq. Biz həmin üzbəüz görüşləri səbirsizliklə gözləyirik”, - deyə Livitt əlavə edib.
Sevinc Əliyeva
Ordu.az