Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məsələyə yaxın mənbələrə əsaslanan məlumata görə, “Impulse Space” və “Anduril” kosmos bazalı raket izləmə və hədəfləmə texnologiyaları üzərində işləyəcək.
Proqram ABŞ ərazisinə yönəlmiş potensial hava hücumlarını aşkar etmək və qarşısını almaq məqsədilə kosmosa yerləşdiriləcək peyk şəbəkəsini əhatə edir. Sistem çərçivəsində hazırlanması planlaşdırılan kosmos bazalı önləyicilərin düşmən raketlərini və pilotsuz uçuş aparatlarını ilkin mərhələdə zərərsizləşdirməsi hədəflənir. Lakin sözügedən texnologiyanın hələ mövcud olmadığı və tətbiq imkanlarının mübahisəli olduğu bildirilir.
Tramp administrasiyası layihəni 2025-ci ilin yanvarında yayımlanan prezident sərəncamı ilə elan etmişdi. Proqramın təqvimi böyük ölçüdə məxfi saxlanılır, ABŞ Konqresinin Büdcə Ofisi isə 2025-ci ilin mayında sistemin tam başa çatdırılmasının 20 il çəkə biləcəyini proqnozlaşdırıb. Buna baxmayaraq, daha əvvəl yayımlanan bir xəbərdə ilk böyük sınağın 2028-ci il prezident seçkisindən əvvəl keçirilməsinin planlaşdırıldığı bildirilmişdi.
Daha əvvəl “Reuters” tərəfindən yayılan məlumatda “Northrop Grumman”, “Lockheed Martin” və “True Anomaly” kimi müdafiə şirkətlərinin də layihə üzrə prototip işlərində iştirak etdiyi bildirilmişdi. Şirkətlərin ilkin mərhələ müqavilələrini qazandığı və yekun istehsal tenderləri üçün rəqabət apardığı qeyd olunub.
Proqram maliyyət və texniki tətbiq imkanları baxımından tənqidlərin mərkəzindədir. Bəzi qiymətləndirmələrdə ümumi dəyərin 2045-ci ilə qədər 3,6 trilyon dollara çata biləcəyi qeyd olunarkən, “Brookings Institution” layihəni bahalı və sabitliyi pozan kimi xarakterizə edib.
Sevinc Əliyeva
Ordu.az