Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Livan Prezidenti bəyanatında deyib: “İsrail Beyrutun mərkəzi rayonlarına raket hücumuna görə tam məsuliyyət daşıyır. Bu təhlükəli eskalasiya yalnız gərginliyin və qeyri-sabitliyin artmasına gətirib çıxaracaq, halbuki region daha çox gərginliyin azaldılmasına ehtiyac duyur”.
Bildirilib ki, İsrail aqressiyasını artırır və bütün insani dəyərləri nəzərə almır. “BMT Təhlükəsizlik Şurasını bu cinayətkar hərəkətləri dayandırmaq üçün tədbirlər görməyə çağırırıq, çünki onlar qlobal sülh və təhlükəsizliyə təhdid yaradır”, - deyə bəyanatda vurğulanıb.
Sevinc Əliyeva
Ordu.az