Ordu.az xəbər verir ki, bu barədə çərşənbə günü “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.
“Məsələyə bələd olan şəxslərin sözlərinə görə, İran region vasitəçilərinə bildirib ki, Livanda atəşkəs İslamabadda ABŞ rəsmiləri ilə danışıqların şərtidir. İran tərəfi həmçinin xəbərdarlıq edib ki, Hörmüz boğazını yenidən açmaq qərarını ləğv edə bilər”, - deyə nəşr bildirib.
Eyni zamanda İran əmin edib ki, İsrail Livana və İrana zərbələr endirməyə davam edərsə, o da region ölkələrinə, o cümlədən İsrailə hücum etməyi davam etdirəcək.
Bununla yanaşı, çərşənbə günü Pakistanın Baş naziri Şahbaz Şərif münaqişənin bütün tərəflərini diplomatiyaya imkan yaratmaq üçün təmkin göstərməyə çağırıb.
Daha əvvəl İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi Şərifin ABŞ ilə İran arasında atəşkəsin Livana da aid olması barədə bəyanatını təkzib edib.
ABŞ Prezidenti Donald Tramp isə daha sonra bildirib ki, İsrailin Livana endirdiyi zərbələrin İranla bağlanmış razılaşma ilə heç bir əlaqəsi yoxdur.
Sevinc Əliyeva
Ordu.az