Türkiyədə Təhlükəsizlik Şurasının iclasında regional məsələlər müzakirə olunub

2024/10/1727935907.jpg
Oxunub: 449     21:07     08 Aprel 2026    
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, PKK, FETÖ və İŞİD terror təşkilatları ilə mübarizədə əldə edilmiş nailiyyətlər barədə şuraya məlumat verilib.

Bundan başqa, ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibədə atəşəkəsin əldə edilməsi müzakirə olunaraq Türkiyə sərhədlərinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində addımlar atılmağa davam ediləcəyi vurğulanıb. Həmçinin müharibənin İraq və Suriyaya təsirləri, bu ölkələrin ərazi bütövlüyünün qorunmasının vacibliyi vurğulanıb.

"Rusiya-Ukrayna müharibəsinin gedişatı müzakirə edilmiş, hücumların Qara dənizə yayılmasına və enerji təhlükəsizliyini təhdid edən vəziyyətə gəlməsinə göz yumulmayacağı vurğulanaraq bütün tərəflərə təmkinlə hərəkət çağırışı edilmişdir", - məlumatda qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Təhlükəsizlik-Şurası  


Bizi "telegram"da izləyin