Şimali Koreyanın buraxdığı raket 700 km məsafə qət edib

2024/05/2024--1716189205.jpg
Oxunub: 404     20:32     08 Aprel 2026    
Şimali Koreya tərəfindən sonuncu buraxdığı ballistik raket təxminən 700 km məsafə qət edib.

Ordu.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Baş Qərargahlar Komitəsi məlumat yayıb.

Rəsmi Seulun məlumatına görə, yaxınmənzilli ballistik raket çərşənbə günü yerli vaxtla təxminən 14:20-də (Bakı vaxtı 09:20) Vonsan şəhəri ərazisindən Yapon dənizinə doğru buraxılıb.

Yerli vaxtla günortaya qədər Şimali Koreya daha bir neçə yaxınmənzilli ballistik raket buraxıb. Cənubi Koreya hərbçiləri hesab edirlər ki, raketlər "KN-23" sistemi vasitəsilə buraxılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şimali-Koreya   Raket  


Bizi "telegram"da izləyin