Ordu.az xəbər verir ki, proqram üçün ayrılan vəsait 894 milyon dollardan 2,9 milyard dollara yüksəldilib, bu artım raketin istehsal və inventara daxilolma prosesinin sürətləndiriləcəyini göstərir.
ABŞ-nin yeni nəsil “hava-hava” döyüş qabiliyyəti çərçivəsində hazırlanan AIM-260 mövcud sistemlərdən daha artıq mənzil və nişanalma qabiliyyəti təqdim etməyi hədəfləyir. Pentaqon sənədlərində yer alan qiymətləndirmələrə görə bu investisiya “hava üstünlüyünün qorunması və gələcək təhdidlərə qarşı çəkindirmənin artırılması” məqsədilə prioritetləşdirilib.
AMRAAM-ın yerini alacaq yeni nəsil sistem
AIM-260 JATM uzun illərdir ABŞ hava qüvvələrinin əsasını təşkil edən AIM-120 AMRAAM sisteminin yerini almaq və ya onu tamamlamak üçün hazırlanır. Xüsusilə Çinin PL-15 kimi uzun mənzilli raket sistemlərinə qarşı tarazlıq yaratmaq ehtiyacı proqramın sürət qazanmasında əsas amillərdən biri kimi ön plana çıxır.
Yeni raketin 200 kilometrdən artıq mənzilə çata biləcəyi qiymətləndirilir və bu qabiliyyətin döyüş meydanında “ilk atış üstünlüyü” təmin edəcəyi qeyd olunur.
Qabaqcıl itələmə və idarəetmə texnologiyaları
Proqram çərçivəsində hazırlanan raketin iki impulsli raket mühərriki və ya yüksək enerjili qabaqcıl itələmə sistemləri ilə təchiz edilməsi planlaşdırılır. Bu yolla uzun mənzildə enerji itkisi minimuma endirilərək son mərhələdə yüksək manevr qabiliyyəti əldə edilməsi hədəflənir.
İdarəetmə sistemində isə qabaqcıl radioelektron mübarizə təsirlərinə davamlı yeni nəsil aktiv radar axtarış başlığı ön plana çıxır. Bu quruluş sayəsində intensiv radioelektron mübarizə mühitində belə hədəfin izlənilməsinin davam etdirilə biləcəyi bildirilir.
Şəbəkə mərkəzli döyüş konsepsiyasına inteqrasiya
AIM-260-ın ən diqqətçəkən xüsusiyyətlərindən biri də şəbəkə mərkəzli döyüş qabiliyyətlərinə tam uyğunluq təmin etməsidir. Raket yalnız atışı həyata keçirən platformadan deyil, müxtəlif sensor və platformalardan gələn məlumatlarla da yönləndirilə biləcək şəkildə hazırlanır.
Bu çərçivədə “uzaqdan atış” və “uzaqdan nişanalma” konsepsiyalarının dəstəklənməsi döyüş təyyarələrinin təhdid zonasına daxil olmadan hədəfləri zərərsizləşdirməsinə imkan yaradır.
Mövcud platformalarla tam uyğunluq
AIM-260-ın xarici ölçülərinin AMRAAM ilə eyni saxlanılması mövcud platformalarla inteqrasiya prosesini asanlaşdırır. Bu yolla F-22 “Raptor” və F-35 “Lightning II” kimi aşağı görünürlüklü təyyarələr struktur dəyişiklik tələb olunmadan yeni nəsil raket qabiliyyətinə sahib ola biləcək.
Bu yanaşma həm xərcləri azaltmağı, həm də əməliyyat keçid prosesini sürətləndirməyi hədəfləyir.
Sevinc Əliyeva
Ordu.az