Ordu.az xəbər verir ki, bu barədə “Financial Times” mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, pilotsuz uçuş aparatı 1200 kilometrlik uzunluğa malik boru kəməri boyunca yerləşən nasos stansiyalarından birini hədəfə alıb.
Bu marşrut Səudiyyə Ərəbistanı üçün strateji əhəmiyyət daşıyır, çünki bu, ölkəyə Fars körfəzini dünya ilə birləşdirən Hörmüz boğazını yan keçərək neft ixrac etməyə imkan verir. Boru kəməri ölkə üçün faktiki olaraq iqtisadi baxımdan həyati əhəmiyyətli alternativ vasitəyə çevrilib.
Sevinc Əliyeva
Ordu.az