İsrail silahlı qüvvələri Beyrutun cənubunda yerləşən qaladan “Hizbullah”ın çıxarılması barədə məlumat yayıb

2024/08/1724386913.jpg
Oxunub: 492     20:45     08 Aprel 2026    
İsrailin Müdafiə Qüvvələri (SAXAL) bəyan edib ki, “Hizbullah” silahlıları Beyrutun cənubunda yerləşən, təşkilatın dayağı hesab olunan Dahiyə məhəlləsindəki mövqelərini tərk edərək şəhərin şimal hissəsinə yenidən yerləşdiriliblər.

Ordu.az xəbər verir ki, bu barədə çərşənbə günü “The Times of Israel” məlumat yayıb.

“Dahiyədə SAXAL-ın əməliyyatlarından sonra “Hizbullah” başa düşdü ki, onun yaratdığı dayaq artıq təhlükəsiz deyil və buna görə də onu tərk etməyə başladı”, - deyə SAXAL nümayəndəsi Ella Vaveyan bildirib.

Vaveyan əlavə edib ki, İsrail hərbçiləri “Hizbullah” üzvlərini təqib etməyə davam edəcəklər.

Öz növbəsində, İsrailin müdafiə naziri İsrail Kats bildirib ki, çərşənbə günü SAXAL “Hizbullahın yüzlərlə silahlısına” qarşı kütləvi zərbələr endirib.

“Livanın bütün ərazisində yerləşən qərargahlara gözlənilməz zərbələr zamanı “Hizbullahın” minlərlə silahlısı hədəfə alınıb. Bu, “peycer” əməliyyatından sonra “Hizbullahın” məruz qaldığı ən böyük kütləvi hücumdur”, - deyə Katsın sözlərini “The Times of Israel” sitat gətirib.

O, qruplaşmanın lideri Naim Qasımı hədələyərək bildirib ki, “onun da növbəsi gələcək”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Hizbullah  


Bizi "telegram"da izləyin