İran ABŞ-ni İsrailin istənilən mümkün hücumunun iştirakçısı hesab edəcək

2026/03/thumb-1773301421.jpg
Oxunub: 486     20:42     08 Aprel 2026    
Tehran İsrailin İrana qarşı istənilən aqressiyasını ABŞ-nin iştirakı ilə baş verən hücum kimi qiymətləndirəcəyini bəyan edib.

Ordu.az xəbər verir ki, bu barədə İran dövlət televiziya və radio şirkəti məlumat yayıb.

“Biz ABŞ-ni İran və onun maraqlarına qarşı sionist rejimin istənilən hücumu və aqressiyasının iştirakçısı hesab edəcəyik və buna qətiyyətlə müqavimət göstərəcəyik”, - deyə İran dövlət televiziya və radio şirkətinin sitat gətirdiyi bəyanatda qeyd olunub.

İranın silahlı qüvvələri həmçinin bildirib ki, ABŞ-yə və İsrailə etibar etmir və regionda onların bütün hərəkətlərini izləyir. Onların səhvi halında əvvəlkindən daha dağıdıcı zərbə ilə cavab veriləcək.

Bundan əlavə, İran ordusu Livan, Fələstin, Yəmən və İraqdakı müttəfiqlərinə dəstəyini davam etdirəcəyini bəyan edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin