“ABŞ İranın uran ehtiyatlarını ələ keçirmək üçün istənilən vasitədən istifadə edə bilər” - Heqset

2026/03/1772652779.jpg
Oxunub: 452     20:34     08 Aprel 2026    
ABŞ İranın uran ehtiyatlarını könüllü şəkildə təhvil verməyəcəyi halda onları ələ keçirmək üçün güc tətbiq edə bilər.

Ordu.az xəbər verir ki, bu barədə 2026-cı il aprelin 8-də keçirilən brifinqdə Pentaqonun rəhbəri Pit Heqset bildirib.

Onun sözlərinə görə, Vaşinqton 440 kq materialın ələ keçirilməsi üçün xüsusi təyinatlı qüvvələrin göndərilməsini müzakirə edir.

Heqset qeyd edib ki, bu qədər uran nüvə silahının yaradılması üçün istifadə oluna bilər.

“Əgər lazım olarsa, biz bunu istənilən vasitə ilə edə bilərik”, - deyə o bildirib. Onun sözləri ABŞ Müharibə Nazirliyinin “YouTube” kanalında yayımlanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Heqset   ABŞ  


Bizi "telegram"da izləyin