Ordu.az xəbər verir ki, bu barədə çərşənbə günü ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin sosial şəbəkələrdə yaydığı bəyanatda deyilir: “Çərşənbə günü səhər saatlarından etibarən Küveyt Neft Korporasiyasının və Elektrik, Su və Bərpa Olunan Enerji Nazirliyinin səlahiyyətində olan bir sıra mühüm obyektlər düşmən pilotsuz uçuş aparatlarının tətbiqi ilə İran tərəfindən intensiv hücumlara məruz qalıb”.
Bəyanata görə, zərbələr bir neçə obyektə, o cümlədən neft obyektlərinə, üç elektrik stansiyasına və duzsuzlaşdırma qurğularına endirilib, nəticədə infrastruktur, istehsal avadanlıqları, distillə kolonları və yanacaq anbarlarına ciddi ziyan dəyib, bəzi yerlərdə isə yanğınlar baş verib.
Sevinc Əliyeva
Ordu.az