İsrail bu gün Ben-Qurion hava limanının fəaliyyətinin tam bərpasını elan edəcək

2025/05/1747991750.jpg
Oxunub: 401     19:38     08 Aprel 2026    
İsrail artıq bu gün gecə yarısından etibarən Ben-Qurion (Təl-Əviv) hava limanında uçuşların tam bərpası planı barədə elan edəcək.

Ordu.az xəbər verir ki, bu barədə "The Times of Israel" nəşrinə aviasiya sahəsinin nümayəndəsi bildirib.

"Bu gün axşam Nəqliyyat Nazirliyinin Ben-Qurion hava limanında uçuşların tam bərpası haqqında elan verəcəyi gözlənilir", - o qeyd edib.

Xatırladaq ki, Fevralın 28-də İranla müharibənin başlaması ilə İsrailin hava məkanı kommersiya hava hərəkətinin böyük hissəsi üçün bağlanmışdı. Son bir ay ərzində yalnız İsrailin "El Al", "Arkia" və "Israir" aviaşirkətləri tərəfindən məhdud sayda təcili reyslərin həyata keçirilməsinə icazə verilirdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ben-Qurion   İsrail  


Bizi "telegram"da izləyin