“Fars”: İran atəşkəsin pozulmasına görə İsrailə cavab zərbələri endirməyi nəzərdən keçirir

2025/06/1748935000.jpg
Oxunub: 438     19:44     08 Aprel 2026    
İran atəşkəsdən sonra Livana endirilən zərbələrə cavab olaraq İsrailə qarşı cavab tədbirlərini müzakirə edir.

Ordu.az xəbər verir ki, bu barədə “Fars” agentliyi anonim mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Tehranda belə bir qənaət güclənir ki, elan edilmiş atəşkəsə baxmayaraq İsrailin hücumlarının davam etməsi ya ABŞ-nin İsrailin Baş naziri Benyamin Netanyahunu nəzarətdə saxlaya bilmədiyini, ya da Vaşinqtonun İsrailə sərbəstlik verdiyini göstərir. Buna görə də İran hazırda İsrailin hərbi hədəflərinə qarşı çəkindirmə xarakterli əməliyyatları nəzərdən keçirir.

Daha əvvəl Livan Qızıl Xaçının komissarı Corc Kettan bildirmişdi ki, İsrail son illərdə Livanın paytaxtına ən genişmiqyaslı zərbəni endirib və nəticədə azı 80 nəfər həlak olub, 200-dən çox insan yaralanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   İsrail  


Bizi "telegram"da izləyin