Ordu.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
İranın neft, qaz və neft-kimya məhsulları ixracatçıları birliyinin nümayəndəsi Həmid Hüseyni “Financial Times”a verdiyi müsahibədə bildirib ki, ödəniş “Bitcoin” ilə həyata keçiriləcək.
“İran boğazdan nə daşındığını nəzarətdə saxlamalıdır ki, bu iki həftəlik [atəşkəs] dövrü silah daşınması üçün istifadə olunmasın”, - deyı Hüseyni bildirib. O əmin edib ki, istənilən gəmi keçə biləcək, lakin yoxlamaların “vaxt aparacağını” xəbərdar edib.
Hüseyni qeyd edib ki, hər bir tanker öz yükü barədə məlumatı elektron poçt vasitəsilə hakimiyyət orqanlarına göndərməlidir, bundan sonra İran onlara kriptovalyuta ilə ödənilməli olan məbləğ barədə məlumat verəcək. O bildirib ki, tarif hər barel üçün 1 dollar təşkil edir və boş tankerlər sərbəst keçə bilər.
“E-poçt alındıqdan və İran qiymətləndirməni başa çatdırdıqdan sonra gəmilərə Bitcoin ilə ödəniş etmək üçün bir neçə saniyə veriləcək ki, bu da ödənişin sanksiyalar səbəbindən izlənilməsinin və ya müsadirə edilməsinin qarşısını alacaq”, - deyı Hüseyni izah edib.
O xəbərdarlıq edib ki, icazəsiz keçməyə cəhd edən istənilən gəmi məhv ediləcək.
Hörmüz boğazı ilə neft daşınması əsasən 1,5-2 milyon barel neft daşıya bilən iri tanker gəmiləri vasitəsilə həyata keçirilir.
Sevinc Əliyeva
Ordu.az