Ordu.az xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Livana İsrailin hücumları səbəbindən gəmilərin hərəkəti müvəqqəti olaraq dayandırılıb. Atəşkəs qüvvəyə mindikdən etibarən Hörmüz boğazından iki neft tankeri keçib.
***
Hörmüz boğazından keçməyə başlayan neft tankerləri İsrailin atəşkəs rejimini pozması səbəbindən dayandırılıb.
Ordu.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Daha əvvəl bildirilmişdi ki, İsrail Livana zərbələr endirməyə davam edərsə, İran ikihəftəlik atəşkəsdən imtina edəcək.
Bundan əlavə, məlum olub ki, İran tərəfi gəmilərin Hörmüz boğazından keçid haqqını kriptovalyuta ilə almağı planlaşdırır.
Sevinc Əliyeva
Ordu.az