BƏƏ İrandan 17 ballistik raket və 35 dronla hücum edildiyini bildirib

2026/03/thumb-1773301421.jpg
Oxunub: 445     18:48     08 Aprel 2026    
İranla ABŞ arasında müvəqqəti atəşkəslə bağlı razılaşma qüvvəyə minəndən bəri İran tərəfindən Birləşmiş Ərəb Əmirliyinə 17 ballistik raket, 35 pilotsuz uçuş aparatı buraxılıb.

Ordu.az xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyinin rəsmi “X” səhifəsində dərc olunmuş məlumatda qeyd olunub.

Bildirilib ki, ölkənin hava hücumlarından müdafiə sistemləri bu hücumları uğurlu şəkildə dəf edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BƏƏ   Raket   PUA  


Bizi "telegram"da izləyin