“Tasnim”: İsrail Livana hücumları davam etdirərsə, İran atəşkəs razılaşmasından çıxacaq

2024/11/1730532847.jpg
Oxunub: 526     18:55     08 Aprel 2026    
İsrail atəşkəsi pozmağa və Livana hücum etməyə davam edərsə, İranın atəşkəs razılaşmasından çıxması mümkündür.

Ordu.az xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, Livanda “Hizbullah”a qarşı hərbi əməliyyatların dayandırılması sazişin müddəalarından biri idi və buna görə Tehran həmin sazişdən çıxmaq hüququna malikdir.

Daha əvvəl “Fars” agentliyi xəbər vermişdi ki, İran atəşkəsdən sonra Livana endirilən zərbələrə cavab olaraq İsrailə qarşı cavab tədbirlərini müzakirə edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran  


Bizi "telegram"da izləyin