Ordu.az xəbər verir ki, bu barədə İranın dövlət yayım qurumu IRIB məlumat yayıb.
“Telegram” kanalında bildirilib: “Atəşkəsdən sonra ilk gəmi İranın icazəsi ilə Hörmüz boğazından keçib”.
Həmin gün ABŞ prezidenti Donald Tramp İrana qarşı zərbələrin daha iki həftə dayandırılması barədə razılığa gəldiyini açıqlayıb. Bunun şərti Hörmüz boğazının tam şəkildə açılması idi. ABŞ münaqişənin həlli ilə bağlı 10 bənddən ibarət təklif alıb. Tramp həmçinin Vaşinqton üçün məqbul razılaşma əldə olunmadığı halda hərbi əməliyyatları bərpa etməyə hazır olduğunu bildirib.
Sevinc Əliyeva
Ordu.az