Pentaqon rəhbəri: “Ya İran öz uranını ABŞ-yə verəcək, ya da o müsadirə ediləcək”

2026/03/1773409534.jpg
Oxunub: 490     17:58     08 Aprel 2026    
“Ya İran öz zənginləşdirilmiş uranını ABŞ-yə təhvil verəcək, ya da Vaşinqton bu nüvə materiallarını güc yolu ilə ələ keçirəcək”.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ müharibə naziri Pit Heqset mətbuat konfransında İranın nəzarətində olan zənginləşdirilmiş uranla bağlı suala cavab verərkən bildirib.

“Onlar ya bunu (zənginləşdirilmiş uranı) bizə verəcəklər, bu artıq [ABŞ] prezidenti [Donald Tramp] tərəfindən ifadə olunub, könüllü şəkildə bizə təhvil verəcəklər və biz onu əldə edəcəyik”, - deyə Heqset qeyd edib.

O əlavə edib: “Ya da biz özümüz bunu götürəcəyik, əgər lazım gələrsə, bunu öz gücümüzlə edəcəyik”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Heqset   ABŞ  


Bizi "telegram"da izləyin