İranın silahlı qüvvələri ABŞ və İsrailə etibar etmir, onların Yaxın Şərqdəki bütün fəaliyyətlərini və hərəkətlərini izləməyə davam edir və aqressiyanın təkrarlanacağı halda daha qətiyyətli və sərt şəkildə hərəkət edəcək.
Ordu.az xəbər verir ki. bu barədə İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahı bəyan edib.
İranın dövlət teleradio şirkəti bəyanatdan sitat gətirir: “Amerika və sionist düşmənlər”ə etibar etməyərək biz regionda onların bütün fəaliyyətlərini diqqətlə izləyirik və yeni səhv halında onlara qarşı əvvəlkindən daha qətiyyətli və daha öldürücü şəkildə hərəkət edəcəyik”.
Sevinc Əliyeva
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
İran
ABŞ
İsrail