Ordu.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Heqset və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Den Keyn jurnalistlər qarşısında ABŞ Prezidenti Donald Trampın çərşənbə axşamı axşamı İrana qarşı genişmiqyaslı hücum təhdidindən imtina etməsindən bir gün sonra çıxış ediblər. Bu, Tehran üçün Hörmüz boğazının blokadasını aradan qaldırmaq məqsədilə verilmiş son müddətin bitməsinə cəmi iki saat qalmış baş verib.
Heqset bildirib ki, Hörmüz boğazı açıqdır və Amerika silahlı qüvvələri İran tərəfindən atəşkəsin qorunmasını təmin etmək üçün “yaxınlıqda olacaq”.
Öz növbəsində Keyn qeyd edib ki, ABŞ-nin İranda hərbi məqsədləri yerinə yetirilib, lakin atəşkəs rejimi yalnız fasilədir və qüvvələr əvvəlki kimi döyüş əməliyyatlarını bərpa etməyə hazırdır.
Sevinc Əliyeva
Ordu.az