“Hizbullah” İsrail Cənubi Livana hücumları dayandırmasa, atəşkəsi ləğv edəcək

2026/04/1775073068.jpg
Oxunub: 459     17:02     08 Aprel 2026    
Livanın “Hizbullah” hərəkatı İsrail Cənubi Livana hücumları dayandırmasa, atəşkəs üzrə öhdəliklərini ləğv edəcəyini bildirib.

Ordu.az xəbər verir ki, bu barədə “Pars Today” “Hizbullah”ın bəyanatına istinadən məlumat yayıb.

Bəyanatda qeyd edilib: “Əgər Beyrut vaxtı ilə saat 14:00-a qədər sionistlər hücumları dayandırmasa və ölkənin cənubundan çıxmasa, biz atəşkəs üzrə öhdəliyimizi ləğv edəcəyik”.

Bundan əvvəl İsrail İranla əldə olunan müvəqqəti atəşkəs razılaşmasının Livana şamil olunmadığını bəyan etmiş və Livan ərazisinə zərbələri davam etdirmişdi.

Livan ordusu vətəndaşlara İsrail qoşunlarının nəzarətində olan ərazilərdən uzaq durmaq çağırışı edib.

Xatırladaq ki, “Hizbullah” ABŞ və İsrailin İrana zərbələr endirməsindən sonra İsrailə qarşı hərbi əməliyyatlara başlayıb. Həmin hücumlar nəticəsində fevralın 28-də İranın dini lideri ayətullah Əli Xameneyi həlak olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hizbullah   İsrail  


Bizi "telegram"da izləyin