Ordu.az xəbər verir ki, o bu bəyanatla Vaşinqtonda keçirilən mətbuat konfransında çıxış edib.
Heqsetin sözlərinə görə, Trampın daha sərt zərbə endirmək imkanı var idi, lakin o, bu ssenaridən imtina etdi. "Prezident Tramp dəqiqələr ərzində İranın bütün iqtisadiyyatını iflic edə bilərdi, lakin o, mərhəməti seçdi", - nazir qeyd edib.
O həmçinin əlavə edib ki, İran böyük təzyiq altında atəşkəsə razılaşıb, çünki onun variantları və vaxtı qalmamışdı.
Bununla yanaşı, Pentaqon rəhbəri vurğulayıb ki, ABŞ-nin sayəsində İran nüvə silahı yarada bilməyəcək. "Digər prezidentlər bunu deyirdilər. Prezident Tramp isə bunu etdi", - Heqset İranda uranın zənginləşdirilməyəcəyi ilə bağlı Trampın mövqeyini təkrarlayaraq bildirib.
Xatırladaq ki, İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. İran öz növbəsində bildirib ki, bu müddət ərzində İran silahlı qüvvələri ilə koordinasiya şəraitində və texniki məhdudiyyətlər nəzərə alınmaqla Hörmüz boğazından təhlükəsiz keçid təmin ediləcək.
Ordu.az