Hava hücumları nəticəsində İranda 26 tibb işçisi ölüb - Səhiyyə Nazirliyi

2026/04/1775024115.jpg
Oxunub: 371     16:31     08 Aprel 2026    
Ötən 40 gün ərzində ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumları fonunda 26 tibb işçisi ölüb, 118 tibb işçisi yaralanıb.

Ordu.az-ın məlumatına görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.

Məlumata görə, qeyd olunan müddətdə 226 səhiyyə mərkəzi,55 təcili yardım mərkəzi, 49 tibb məntəqəsi və 41 təcili yardım maşınına ziyan dəyib və 8 xəstəxana boşaldılıb.

Qeyd olunur ki, hücumlar nəticəsində bu müddətdə yaşı 18-dən aşağı olan 220 yeniyetmə, o cümlədənyaşı 5-dən aşağı 18 körpə ölüb, yaşı 18-dən aşağı 1 997 gənc, o cümlədən yaşı 2-dən aşağı olan 70 körpə yaralanıb.

Həmin müddətdə hərbi hava hücumları nəticəsində 257 qadın ölüb, 4 989 qadın yaralanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Hava-hücumu  


Bizi "telegram"da izləyin