Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Bu gün iki gəmi, o cümlədən Yunanıstana məxsus NJ “Earth” yük gəmisi və Liberiya bayrağı altında üzən “Daytona Beach” gəmisi boğazı keçib.
“MarineTraffic” sosial şəbəkələrdə bildirib: “Atəşkəs elanından sonra Hörmüz boğazında gəmilərin hərəkətinin ilk əlamətləri müşahidə olunur. Atəşkəs danışıqlar üçün strateji su yolunun müvəqqəti açılmasını nəzərdə tutur”.
Xidmətin məlumatına görə, regionda hələ də yüzlərlə gəmi, o cümlədən 426 tanker, 34 mayeləşdirilmiş neft qazı (LPG) daşıyan gəmi və 19 mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan gəmi var. Onların bir çoxu gəmiçiliyin pozulması səbəbindən “tələyə düşüb”.
Sevinc Əliyeva
Ordu.az