Küveyt atəşkəs elanından sonra 28 İran PUA-sını vurduğunu bildirib

2026/03/1774420519.jpg
Oxunub: 401     16:13     08 Aprel 2026    
Küveyt Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik Səud Əbdüləziz əl-Otaybi bildirib ki, Qrinviç vaxtı ilə saat 05:00-dan etibarən Küveytin hava hücumundan müdafiə sistemləri İranın 28 pilotsuz uçuş aparatını vurub. Bu barədə Al Jazeera məlumat yayıb.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Əl-Otaybi qeyd edib ki, bu, “İranın düşmən xarakterli hücumlarının intensiv dalğası” olub və bu zaman “çox sayda düşmən pilotsuz uçuş aparatı məhv edilib”.

O əlavə edib ki, onlardan bəziləri “ölkənin cənubunda yerləşən həyati əhəmiyyətli neft obyektlərini və elektrik stansiyalarını hədəf alıb ki, bu da neft infrastrukturuna, elektrik stansiyalarına və suyun duzsuzlaşdırılması qurğularına ciddi maddi ziyan vurub”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Küveyt   İran   PUA  


Bizi "telegram"da izləyin