Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyinin əldə etdiyi hüquq-mühafizə orqanlarının kəşfiyyat hesabatında qeyd olunub.
Martın 20-də hazırlanan hesabatda FTB və digər federal kəşfiyyat qurumları İran hökumətinin ABŞ hərbi və dövlət personalı və obyektləri, yəhudi və İsrail müəssisələri, həmçinin ABŞ-də yaşayan iranlı müxaliflər üçün “davamlı təhdid” olduğunu bildiriblər.
Bununla belə, hesabatda qeyd olunur ki, FTB və Milli Terrorla Mübarizə Mərkəzi ABŞ üçün ciddi təhdidlər aşkar etməyib.
Son aylarda aparılan digər kəşfiyyat qiymətləndirmələrinə cavab olaraq Prezident Donald Tramp açıq şəkildə ABŞ ərazisinə İran hücumları ehtimalını azaldıb. Martın 11-də Ağ Evdə ona bu məsələ ilə bağlı sual verilərkən, o, narahat olmadığını bildirib.
“İctimai təhlükəsizlik üzrə məlumatlandırma hesabatı” adlı martın 20-də hazırlanmış sənəd “Reuters” və digər media qurumlarının oxşar məzmunlu kəşfiyyat hesabatının dərcinin Ağ Ev tərəfindən bloklandığını bildirməsindən bir neçə həftə sonra yayımlanıb.
Həmin vaxt Ağ Ev bəyan etmişdi ki, istənilən məlumat ictimaiyyətə açıqlanmadan əvvəl düzgün şəkildə yoxlanılmasına nəzarət edir.
Sevinc Əliyeva
Ordu.az