“ABŞ və İran arasında atəşkəs razılaşması uçurumun kənarından geri çəkilmə addımıdır” - Kallas

2025/02/1739593772.jpg
Oxunub: 357     15:19     08 Aprel 2026    
ABŞ və İran arasında atəşkəs razılaşması həftələrlə davam edən eskalasiyadan sonra uçurumun kənarından geri çəkilmə addımıdır.

Ordu.az xəbər verir ki, bu barədə Avropa İttifaqının diplomatiya rəhbəri Kaya Kallas “X” sosial şəbəkəsində yazıb.

“Bu, təhdidləri azaltmaq, raketləri dayandırmaq, gəmiçiliyi bərpa etmək və davamlı razılaşmanın əldə olunmasına yönəlmiş diplomatik məkan yaratmaq üçün çox vacib imkandır. Hörmüz boğazı yenidən keçid üçün açıq olmalıdır. Mən Pakistanın xarici işlər naziri İshaq Dar ilə danışdım və bu ilkin razılaşmanın əldə olunmasına görə ona təşəkkür etdim. Vasitəçilik qapısı açıq qalmalıdır, çünki müharibənin əsas səbəbləri hələ də həll olunmamış qalır. Avropa İttifaqı bu səyləri dəstəkləməyə hazırdır və region tərəfdaşları ilə daimi əlaqədədir. Bu gün mən bu məsələni Səudiyyə Ərəbistanında müzakirə edəcəyəm”, - deyə o qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kallas  


Bizi "telegram"da izləyin