Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Şirkətdən sınaqla bağlı verilən açıqlamada bildirilib: “Kraken Robotics” KATFISH yedəkdə daşınan sonar sisteminin və avtonom götürmə-buraxma sisteminin (LARS) SEFINE SISAM koordinasiyasında SEFINE-nin RD-22 insansız dəniz platforması üzərində uğurla nümayişini həyata keçirib”.
“Kraken Robotics”in müdafiə üzrə vitse-prezidenti Bernard Mills məsələ ilə bağlı bildirib: “Son hadisələr dəniz keçid yollarının və sualtı infrastrukturun qorunmasının əhəmiyyətini ortaya qoyur. KATFISH kimi avtonom mina əleyhinə imkanlar donanmaların mina tipli obyektləri səmərəli şəkildə aşkar etməsinə və təsnif etməsinə mühüm töhfə verə bilər. SEFINE-nin çoxməqsədli insansız dəniz platforması ilə “Kraken”in qabaqcıl texnologiyalı KATFISH sistemi və USV LARS-ın birləşdirilməsi nəticəsində donanmalar qaabqcıl texnologiyaları daha sürətli və səmərəli şəkildə tətbiq edə bilər. Bu isə getdikcə daha mürəkkəbləşən mühitlərdə müdafiə və dəniz təhlükəsizliyini gücləndirir”.
Nümayiş zamanı mina tipli obyektlərin və kritik sualtı infrastrukturun sürətli şəkildə aşkar edilməsi və təsnifləndirilməsinə diqqət yetirilib və tədbir bir çox donanma və dövlət qurumunun iştirakı ilə keçirilib. KATFISH hər iki tərəfdə 200 metr məsafədə 3 sm x 3 sm həll qabiliyyəti ilə məlumat təqdim edib. Bu məlumatlar SEFINE SISAM-ın tapşırıq planlaşdırma proqramı vasitəsilə real vaxt rejimində sahildə yerləşən komanda mərkəzinə ötürülüb və operatorlara kontaktları anında təsnifləndirməyə imkan verib.
Sevinc Əliyeva
Ordu.az