Ordu.az xəbər verir ki, şübhəlinin saxlanıldığı və ittihamları qəbul etdiyi bildirilib.
Əldə edilən məlumatlara görə istintaq 2025-ci il oktyabr ayında xarici kəşfiyyat mənbələrindən daxil olan məlumatlarla sürət qazanıb. CIA-nın Çinin NATO-ya aid həssas məlumatlara çıxış əldə etmiş ola biləcəyi ilə bağlı qiymətləndirməsini Afina rəhbərliyi ilə paylaşdığı qeyd olunub.
Bu inkişafdan sonra Yunanıstan hakimiyyət orqanlarının genişmiqyaslı araşdırma başladığı və müvafiq hərbi personalın fəaliyyətini diqqət mərkəzinə aldığı bildirilib.
İstintaq materiallarına görə sözügedən polkovniklə əlaqənin sosial media platforması vasitəsilə qurulduğu müəyyən edilib. Malayziyada yerləşən bir şirkət vasitəsilə başlanan əlaqədən sonra şübhəlinin Çinə səfər etdiyi və burada kəşfiyyat nümayəndələri ilə görüşlər keçirdiyi qeyd olunub.
Səlahiyyətli şəxslər hesab edir ki, bu prosesdən sonra polkovnik Çin kəşfiyyatı tərəfindən əməkdaşlığa cəlb edilib.
İstintaq çərçivəsində əldə edilən məlumatlara əsasən polkovnikin NATO-nun kritik layihələrinə, hərbi texnologiyalarla bağlı məlumatlara və alyans daxilində həssas məlumatlara çıxışı olub və bu məlumatları maddi qazanc müqabilində Çinə ötürdüyü müəyyən edilib. Ödənişlərin kriptovalyuta vasitəsilə həyata keçirildiyi bildirilib.
Yunanıstan hakimiyyət orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılan şübhəlinin dindirmə zamanı ittihamları qəbul etdiyi bildirilib.
Səlahiyyətli şəxslər polkovnikin ifadəsində Çin üçün casusluq fəaliyyəti göstərdiyini etiraf etdiyini qeyd ediblər.
Sevinc Əliyeva
Ordu.az