Ordu.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova TASS-a açıqlamasında bildirib.
“Ölkəmiz ilk bəyanatlarından etibarən qeyd edib ki, bu aqressiya (ABŞ və İsrail tərəfindən İrana qarşı - red. TASS) dərhal dayandırılmalıdır, bu vəziyyətin hərbi həlli yoxdur və ümumiyyətlə, regionda öz qaydalarını tətbiq etməyə yönəlmiş cəhdlər qəbuledilməzdir. Dərhal real, sadəcə ört-basdır məqsədi daşımayan, həqiqi siyasi-diplomatik nizamlama prosesinə keçmək lazımdır. Bu prosesin əsasında, təbii ki, tərəflərin mövqelərinin real nəzərə alınması ilə aparılan danışıqlar dayanmalıdır”, - deyə Zaxarova qeyd edib.
Rusiyalı diplomat həmçinin vurğulayıb ki, “belə birtərəfli, aqressiv və təhrik olunmamış hücum yanaşması” “sarsıdıcı məğlubiyyətə uğrayıb”.
Sevinc Əliyeva
Ordu.az